Ru
17:30 / 01 Sentyabr 2026

Xalq artisti: "Məni ad gününə, toylarınıza da çağırmayın" - VİDEO

Xalq artisti: "Məni ad gününə, toylarınıza da çağırmayın" - VİDEO
Eye

Xalq artisti Röya Ayxanın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, pop ulduz şəxsi tədbirlərə dəvətlərlə bağlı fikirlərini bölüşüb. Sənətçi ad günləri və toylarla bağlı həmkarlarına müraciət edərək səmimi etiraf edib.

Röya bildirib ki, şəxsən özünün ad günlərinə dəvət olunmamasından qəti şəkildə heç kimdən incimədiyini vurğulayıb. O, həmçinin toylara qonaq qismində deyil, sənətçi kimi dəvət edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

"Ad gününə sizi çağırmayacağam, siz də çağırmayın. Heç birinizdən incimərəm, öpürəm sizi. Çağırmasanız, qətiyyən heç birinizdən incimirəm. Toylarınıza da qonaq kimi çağırmayın. Çağırsanız da, iş kimi dəvət edin, qonorarla. Şəxsən özümü çağırmayın. Məni bəzəyirlər, geyindirirlər, musiqiçilərim var", - deyə müğənni bildirib.

Sənətçinin bu sözləri sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Röya Ayxanın həmkarlarına ünvanladığı müraciət müzakirə mövzusuna çevrilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar