Ru
14:33 / 20 May 2026

Xalq artisti nəvəsini paylaşdı - FOTO

Xalq artisti nəvəsini paylaşdı  - FOTO
Eye

Xalq artisti Flora Kərimova nəvəsi Lorenlə bağlı paylaşımı ilə diqqət çəkib.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında nəvəsinin fotosunu izləyiciləri ilə bölüşərək ona olan sevgisini ifadə edib.

Flora Kərimova paylaşımında Loren üçün xoş arzularını da dilə gətirib:

"Nəvəm, balamın balası, Lorenim. Yaradan sənin naxışına xoşbəxtlik, bəxtəvərlik, sevinc düzsün. Nənəsinin sevinci, öpürəm səni!".

Sənətçinin səmimi sözləri izləyicilər tərəfindən maraqla qarşılanıb. Paylaşımın altına çoxsaylı xoş rəylər və ürək emojiləri yazılıb.

Bildirək ki, Loren isə müğənninin qızı Zümrüdün oğludur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar