Ru
23:37 / 19 Oktyabr 2026

Xalq artisti: "Utandırdınız bizi..." - VİDEO

Xalq artisti: "Utandırdınız bizi..." -  VİDEO
Eye

Xalq artisti Fəxrəddin Manafov İctimai TV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişində “44” bədii filmi barədə danışıb.

“Bakupost” xəbər verir ki, o, çıxışında “44” filmini Azərbaycan kino camiəsində böyük hadisə kimi qiymətləndirib.

“Azərbaycan kinosunda çoxdan belə şeyə rast gəlməmişdim. 44 günü mən yenidən, günbəgün yaşadım. O 44 gündə gecələr yatmırdım. Gözləyirdim ki, Ali Baş Komandanımız yenə yumruğunu qaldırıb desin ki, filan yeri azad etdik, qaytardıq.

Hər anını yaşadım mən bu filmdə. Gözümdə uzağı görmək üçün eynək var idi, həmin eynək göz yaşı içində idi. Məni tərpətmək çox çətindir, bu film məni tərpətdi. Mən hətta bir cümlə işlədəcəyəm, ümid edirəm ki, həmkarlarım məndən inciməyəcək. Anar Ələkbərov və bütün heyət, utandırdınız bizi, bunu çoxdan etməli idik. Hələ də özümə gələ bilmirəm, sevincimin həddi-hüdudu yoxdur”, - deyə o əlavə edib.

Daha ətraflı videoda:


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar