Ru
15:27 / 22 May 2026

Xalq artistinin qardaşı açıq ürək əməliyyatı olundu

Xalq artistinin qardaşı açıq ürək əməliyyatı olundu
Eye

Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın qardaşı ağır ürək əməliyyatı keçirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

B.Dadaşova bildirib ki, qardaşı açıq ürək əməliyyatı olunub.

Əməliyyatı Mərkəzi Klinik Xəstəxanada tibb elmləri doktoru, professor, tanınmış ürək-damar cərrahı Kamran Musayev edib.

“Kamran doktor, qardaşımın ürəyini açıq əməliyyat edib onu həyata qaytardığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Gözəl həkimlərimizin şəfalı əlləri var olsun”, - Xalq artisti bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar