Aygün Kazımova və Murad Dadaşovun səmimi görüşü diqqət çəkib.
"Bakupost" Milli.Az-a istinadla xəbər verir ki, Xalq artistləri Aygün Kazımova və Murad Dadaşovun görüşü diqqət çəkib.
Pop diva Aygün Kazımova ötən gün konsertdən əvvəl Murad Dadaşovla bir araya gəlib. Səhnə arxasında baş tutan görüş səmimi anları ilə yadda qalıb.
Gecənin diqqətçəkən məqamlarından biri isə Murad Dadaşovun ölkənin əsas ulduzu Aygün Kazımovanı şəxsən təqdim etməsi olub.
Xalq artistlərinin görüşündən görüntülər maraqla qarşılanıb.