Yazıçı Şərif Ağayar yenə tamaşaçıların və redaksiya heyətinin sualları əsasında müxtəlif mövzular üzrə çıxış edib.
Bu dəfə o, Türkiyə-Azərbaycan münasibətlərindən, Şeyxülislam Hacı Allahşükür Paşazadənin hicabla bağlı açıqlamasından, Rəşad Məcidin Mətbuat Şurasının sədri vəzifəsindən getməsindən, Ermənistanda həbs olunan əsgərimizlə bağlı açıqlamalardan və Xalq şairi Məmməd Arazın anadan olmasının 93-cü ildönümündən danışıb.