Ru
00:40 / 29 İyun 2026

Xalq şairinin oğlu vəfat etdi

Xalq şairinin oğlu vəfat etdi
Eye

Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib.

O qeyd edib ki, 80 yaşlı Azad Rüstəmzadə bu gün dəfn edilib.

Qeyd edək ki, Azad Rüstəmzadə xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. O, 1946-cı ildə anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub.

Uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışan Azad Rüstəmzadə 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar