ABŞ başından böyük danışır. Onlar istəyirlər ki, İranın yaxın mənzilli raketləri olmasın. İranın əl-qolunu bağlamaq istəyirlər ki, hücum olarsa, cavab verə bilməsin.
Bakupost.az "Azad İran" Teleqram kanalına istinadla xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkə televiziyasında çıxışı zamanı ABŞ rəsmilərinin İslam Respublikasının nüvə və raket proqramlarını dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.
"Məşhədlilərin dediyi kimi, bu sözlər onları deyənlərin ağzından böyükdür", - o, əlavə edib.