Ru
09:49 / 08 Sentyabr 2025

Xamenei: "Ərzaq ehtiyatı yığmalıyıq"

Xamenei: "Ərzaq ehtiyatı yığmalıyıq"
Eye

İranın ali lideri ayətullah Əli Xamenei ölkə rəhbərliyini “qeyri-proqnozlaşdırıla bilən” risklər səbəbilə əsas ərzaq məhsullarının ehtiyatlarını yaratmağa çağırıb.

Bakupost.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Xamenei ərzaq təhlükəsizliyinin heç bir halda təhdid altında qalmamalı olduğunu deyib:

“Biz əsas məhsulları vaxtında təmin etməliyik, ehtiyat səviyyəsi hər zaman zəruri minimuma uyğun olmalıdır. Müxtəlif risklər mümkündür, biz onları həmişə qabaqcadan görə bilmirik.”

O, həmçinin vurğulayıb ki, bəzən zəruri məhsulların idxalı çətinləşə və ya ümumiyyətlə mümkün olmaya bilər. Buna görə də belə risklər nəzərə alınmalı və qabaqlayıcı tədbirlər görülməlidir.

“Tasnim” yazır ki, bu bəyanat, İrana sanksiyaların bərpasının müzakirə edildiyi, həmçinin İsraillə eskalasiya riskləri ilə bağlı xəbərlərin fonunda səsləndirilib.

Aysel,
Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar