“İran Ali rəhbəri Müctəba Xamenei ABŞ-nin hücumundan salamat çıxması möcüzədir”.
"Bakupost" xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.
“Mərhum rəhbərin (Əli Xamenei) yolu ilə gedən bir şəxsin ABŞ-nin hücumu zamanı xilas olması, şübhəsiz, möcüzədir”, - o qeyd edib.
Xatırladaq ki, Müctəba Xameneinin ABŞ və İsrailin fevralın 28-də Tehrana hava hücumu zamanı ağır yaralandığı, bir ayağını itirdiyi, üzünün kəskin zədələndiyi bildirilir. Həmin hücumda onun atası və sələfi Əli Xamenei ölüb. Mart ayında atasının yerinə keçdiyi açıqlanan Müctəba Xamenei o vaxtdan bəri heç vaxt ictimaiyyət qarşısına çıxmayıb, yalnız dövlət televiziyasında adından yazılı bəyanatlar səsləndirilib.
İranın yeni ali rəhbərinin gözlərdən uzaq olması onun ictimaiyyət arasına çıxa bilməyəcək qədər ağır yaralı olduğu ehtimalını gücləndirib və bu, bir sıra hallarda öldüyü iddiaları ilə müşayiət olunub.