Ru
16:23 / 17 Fevral 2026

Xameneidən Trampa - XƏBƏRDARLIQ

Xameneidən Trampa - XƏBƏRDARLIQ
Eye

İranın ali lideri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib.

Bakupost.az xəbər verir ki, bu barədə Xameneinin X hesabında paylaşım olunub.

“Amerikalılar daim deyirlər ki, onlar İrana doğru hərbi gəmi göndəriblər. Əlbəttə, hərbi gəmi təhlükəli hərbi texnikadır. Lakin həmin hərbi gəmidən daha təhlükəli olan o gəmini dənizin dibinə göndərə bilən silahdır”, - Xamenei qeyd edib.

O həmçinin Trampın ABŞ ordusunun dünyanın ən güclü hərbi qüvvəsi olması barədə açıqlamalarına münasibət bildirib: “ABŞ prezidentinin sözlərinə görə, onlar dünyanın ən güclü hərbi qüvvəsinə sahibdirlər. Dünyanın ən güclü hərbi qüvvəsi bəzən elə ağır zərbə ala bilər ki, bir daha ayağa qalxa bilməz”.

Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar