Ru
14:53 / 06 İyul 2026

Xameneini biz öldürdük - Katz

Xameneini biz öldürdük  - Katz
Eye

Hazırda dəfn mərasimi keçirilən İranın keçmiş ali dini lideri Əli Xamenei İsraili məhv etməyə yönəlmiş planı hazırlayıb və ona rəhbərlik etdiyi üçün hədəfə alınıb.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

Onun sözlərinə görə, İsraili məhv etməyi planlaşdıran istənilən İran lideri öldürüləcək:

“İsrail istənilən vaxt və istənilən təhdidə qarşı özünü müdafiə etməyə hazırdır, hərbi qurum isə bütün mümkün ssenarilər üzrə tam hazırlıq vəziyyətindədir. Baş nazir Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə İrana qarşı həyata keçirilən genişmiqyaslı əməliyyat İsrail üçün mövcudluq təhdidlərini aradan qaldırıb və İranın hərbi imkanlarına ciddi zərbə vurub”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar