İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi xalqa və beynəlxalq ictimaiyyətə ilk dəfə ictimai bəyanatla çıxış edib.
Bakupost.az xəbər verir ki, Xameneinin bəyanatı İran televiziyası vasitəsilə təqdim olunub, özü yayıma çıxmayıbb. adından yayılan mətndə o, ABŞ və müttəfiqlərinə qarşı hərbi ritorikanı daha da sərtləşdirərək, regiondakı bütün Amerika bazalarının dərhal bağlanmasını tələb edib və yeni cəbhələrin açıla biləcəyi ilə hədələyib.
Xamenei bəyanatında atasının – sabiq ali lider Əli Xameneinin ölümünə toxunub, şəhid olduqdan sonra onun cəsədini ziyarət etdiyini, Əli Xameneinin timsalında sarsılmaz iradənin zirvəsini gördüyünü deyib.
Yeni ali lider, həmçinin ölkəsində birlik çağırışı edib:
"Xüsusilə çətin dövrlərdə xalqın müxtəlif təbəqələri arasında həmrəylik qorunmalıdır və mübahisəli məsələlərdən uzaq durmaq vacibdir. Hörmüz boğazı bağlı qalmalıdır. İran düşmənin zəif olduğu digər istiqamətlərdə yeni cəbhələrin açılması imkanını da araşdırır və zəruri hesab edilərsə, bu addımlar atıla bilər".
Xamenei, xüsusilə Minab şəhərində həlak olanları nəzərdə tutaraq İran şəhidlərin qanının qisasından imtina etməyəcəklərini bildirib.
O, bəyanatında qonşu ölkələrə edilən hücumlara da toxunub:
"Tehran qonşu ölkələrlə dostluğa sadiqdir və yalnız hərbi bazaları hədəf alır. İran hər halda qarşı tərəfdən kompensasiya alacaq. Əgər bu tələblər yerinə yetirilməsə, Tehran zəruri hesab etdiyi həcmdə düşmənin əmlakını müsadirə edə və ya məhv edə bilər".
Xamenei, həmçinin Ekspertlər Şurasındakı səsverməsinin nəticəsini, ali lider seçilməsi ilə bağlı qərarı televiziya vasitəsilə öyrəndiyini deyib:
"Ruhulla Xomeyni və Əli Xameneinin oturduğu kürsüyə keçmək mənim üçün böyük məsuliyyətdir".
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi yeni ali liderin yaralandığını təsdiqləmişdi. ABŞ mediasının məlumatına görə, Xameneinin ayağının itirdiyi, bədənində və qollarında bir neçə ağır travmalar aldığı bildirilir.
BakuPost
İRİnin diplomat və hüquqi kəsirləri, hansı səviyyədə, xüsusilə üzbə-üz olmasından asılı olmayaraq ilkən hava, təbiət, adi-özəl-şəxsi insani ön sözlərlə ikitərəfli özgə digərlərinin münasibətlərinə rəylərinin uyğunluğunu öyrənməkdən başlanmasına (Ali və digər) İran rəhbərləri yüksək ehtimal ki, heç bir əhəmiyyət vermirlər. İnduktiv mülahizəsiz deduksiya, digərlərinə ötəri münasibətsiz dərin mübaliğə və maraqlara uyğun dialoqa necə girmək olar? Bazardakı kimi? Beynəlxalq Münasibətlərdə hər mükalimə və razılaşma arxada ümid-nicat gözləyən xalqın-vətəndaşın mənafeyinə təsirlidir! Trilyon əhəmiyyətli qarşılıq şansı ilə yarısını da razılaşa, ya əldə edə bilmirsən? Nisbi bərabər əməkdaşlıq təklifində olursan, nəticədə onda birinə razılaşmırlar və layihə də ödənməmiş yarı dövrdə bitir? Daha doğrusu, operativ-sürətli maliyyə hesabatlı, qarşılıq situasiya, sahə üzrə texniki-iqtisadi texnoloji bilgi-düşüncə kifayət deyilsə, bərabər-ədalətli deyil, ümumən uduzmadığını necə müəyyən edə bilərsən? Hər işin çətinliyi olsa da, məsuliyyəti diplomatiya qədər yüksək deyil.