Ru
18:20 / 14 Mart 2026

Xanımımla “dəmir toy” edəcəyik - 88 yaşlı Xalq yazıçısı

Xanımımla “dəmir toy” edəcəyik - 88 yaşlı Xalq yazıçısı
Eye

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin 88 yaşı tamam olur.

Nasir, dramaturq, kinodramaturq Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.

Bakupost.az xəbər verir ki, Xalq yazıçısı Modern.az-a açıqlamasında doğum günü ilə bağlı onlarla təbrik aldığını deyib:

“Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəm”.

Hələ də 105 il yaşamaq istəyib-istəmədiyi soruşulduqda yazıçı suala belə cavab verib:

“Mən 105 il yaşamaq arzusunda olduğumu deməmişəm. Kimsə əvvəllər bunu mənim adımdan yazıb. Amma kim deyibsə yaxşı deyib, sağ olsun”.

Xalq yazıçısı gələn il həyat yoldaşı Zemfira Səfərova ilə "dəmir toy" (evliliyin 65-ci ilində keçrilən mərasim "dəmir toy" adlanır-red.) etməyi planlaşdırdıqlarını söyləyib:

“Evliliyimizin 50 illiyin Zenfira xanımla "qızıl toy", 60 illiyində isə "brilyant toy" etmişdik. Bu mərasimləri ailə çevrəsində keçirmişdik. 2027-ci ildə evliliyimizin 65 illiyi tamam olacaq. Gələn il "dəmir toy" etməyi düşünürük”.

Yaradıcılığndan da danışan Anar təkcə bu ay 3 kitabının çıxdığını deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar