Ru
16:24 / 22 May 2026

Xankəndidə qurulmuş kiçik təsərrüfatlara baxış oldu - FOTO

Xankəndidə qurulmuş kiçik təsərrüfatlara baxış oldu - FOTO
Eye

Özünüməşğulluq proqramı çərçivəsində Xankəndidə qurulmuş kiçik təsərrüfatlara baxış olub.

Bakupost.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndi şəhərində Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, pensiya və sosial müavinət, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Vətəndaşların müraciətləri araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Onlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Nazir Anar Əliyev və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov özünüməşğulluq proqramı çərçivəsində Xankəndi şəhərində qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Xocalı sakini Fikrət İnqilab oğlu Məhərrəmova istəyi və təcrübəsi nəzərə alınaraq, səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər verilib. O, verilmiş aktivlər hesabına Xankəndidə öz kiçik biznesini qurub. Xankəndi sakini Allahverdi Qurban oğlu Əhmədli üçün isə proqramın dəstəyi ilə kişi bərbərxanası yaradılıb.

Fikrət Məhərrəmov və Allahverdi Əhmədli kiçik biznesə sahib olmalarından razılıqlarını bildirib və onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, özünüməşğulluq proqramı çərçivəsində Xankəndidə artıq 21 şəxs üçün kiçik təsərrüfatlar qurulub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar