Ru
10:05 / 16 Sentyabr 2026

Xəbər hazırlayarkən xəbərə çevrildilər - Ölənlər var - VİDEO

Xəbər hazırlayarkən xəbərə çevrildilər - Ölənlər var - VİDEO
Eye

ABŞ-nin Los-Anceles şəhərinin Çatsvort bölgəsində yolsuzluq avtomobilinin avtobusa çırpılması nəticəsində azı iki nəfərin öldüyü ağır qəzanı işıqlandıran “NBC News”a məxsus helikopter canlı yayım zamanı alovlar içində qəzaya uğrayıb.

"Bakupost" "Qafqazinfo”ya istinadən xəbər verir ki, inanılmaz görüntülərə səbəb olan hadisə zamanı helikopterdə olan azı üç nəfərin öldüyü bildirilir.

Hadisə yerindən yayılan görüntülərdə iki konteynerin və çoxsaylı nəqliyyat vasitələrinin alovlandığı görünür. Yanğınsöndürənlər yanğının söndürüldüyünü bildiriblər.

Qəza çərşənbə axşamı yerli vaxtla saat 19:00-dan bir qədər əvvəl Lurlayn prospekti ilə Nordhoff küçəsinin kəsişməsində baş verib.

Los-Anceles Polis Departamenti qəzaya uğrayan helikopterin onlara məxsus olmadığını təsdiqləyib. Helikopteri kimin idarə etdiyi və qəzanın səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırmanı Milli Nəqliyyat Təhlükəsizliyi Şurası aparacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar