Ru
11:00 / 07 Noyabr 2025

“Xəzər asayişi” Alyansı bu tarixdə yarana bilər

“Xəzər asayişi” Alyansı bu tarixdə yarana bilər
Eye

“Vaşinqtondan sevindirici xəbərlər gəlir. Ağ Evdə prezident Donald Tramp Mərkəzi Asiyanın beş dövlətinin liderləri ilə 5+1 formatında görüş keçirib. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçıları ilə iş yeməyindən əvvəl Ağ Evdə ikitərəfli görüşlər keçirən Donald Tramp Mərkəzi Asiyanın önəmini belə ifadə edib: “Bu xalqlar bir vaxtlar Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun vətəni olublar. Təəssüf ki, Amerikanın əvvəlki prezidentləri bu bölgəyə laqeyd yanaşıblar. Ancaq mən bu bölgənin əhəmiyyətini başa düşürəm”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Xəqani Cəfərli bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında keçirilən üçtərəfli adnışıqlardan sonra Qazaxıstan rəsmən İbrahim Sazişlərinə qoşulub:

“Qazaxıstanı möhtəşəm lideri olan nəhəng ölkə adlandıran Donald Tramp Astananın İbrahim Sazişlərinə qoşulmasını böyük məmnuniyyət hissi ilə xəbər verdiyini bəyan edərək, buna görə Kasım-Jomart Tokayevə təşəkkür edib: “Mən sizə təşəkkür etmək istəyirəm, cənab Prezident, sizinlə olmaq böyük şərəfdir”.
Prezident Kasım-Jomart Tokayev cavab nitqində Donald Trampa xitabən belə deyib: “Sən hamımızın bölüşdüyü və qiymətləndirdiyimiz sağlam düşüncə və ənənələri ABŞ-nin istər daxili, istərsə də xarici siyasətinə qaytarmaq üçün göylər tərəfindən göndərilən böyük lider, dövlət xadimisən. Buna görə də bir çox ölkədə milyonlarla insan sənə minnətdardır və mən əminəm ki, müdrik və cəsarətli siyasətiniz bütün dünyada güclü şəkildə dəstəklənməlidir”.

X.Cəfərli bildirib ki, ABŞ dövlət katibi Marko Rubio 5+1 formatında keçirilən sammitlə əlaqədar Vaşinqtonda olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri ilə görüşdə gələn ilin əvvəlində Mərkəzi Asiya ölkələrinə səfər edəcəyini bəyan edib:
“Vaşinqtonda keçirilən sammit ərəfəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev prezident İlham Əliyevin də danışıqlarda iştirakının arzu olunduğunu bildirərək Mərkəzi Asiya ilə ABŞ arasında əməkdaşlığın effektliyini təmin etmək üçün Azərbaycanın iştirakının zəruriliyini vurğulamışdı.
Mərkəzi Asiya dövlətləri ilə ABŞ arasında münasibətlərin yeni mərhələyə keçməsi, Qazaxıstanın İbrahim Sazişlərinə qoşulması, Özbəkistanın da qoşulmaq ərəfəsində olmasını və Azərbaycanın bütün bu proseslərdə iştirakının arzudan zərurətə çevrilməsi Ukraynadan Qazaxıstana qədər çox geniş bir çoğrafiyada sülh, sabitlik və əməkdaşlığı təmin edəcək “Xəzər asayişi” Alyansını da ideyadan zərurətə çevrilir.
Əgər arzuolunmaz hadisə baş verməsə Trampın prezidentliyinin sonuna kimi “Xəzər asayişi” Alyansının gerçəkləşəcəyinə inamım çox böyükdür. Proseslər daha müsbət istqiamətdə inkişaf edərsə “Xəzər asayişi” Alyansı daha erkən, məsələn gələn ilin payızında yarana bilər.
Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın suverinliyinin təminatı, inkişafının zəmanəti olacaq “Xəzər asayişi” Alyansının formalaşması artıq rəsmi Bakının xarici siyasətinin ən önəmli məsələsi olmalıdır”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar