Rusiyanın Mahaçqala, Qarabudaqkənd, Qayakənd və Dərbənd rayonlarının sahil zolağında 484 suiti ölüsü aşkarlanıb. Heyvanların kütləvi tələfatının səbəbi hələlik məlum deyil.
Bakupost.az xəbər verir ki, Dağıstan Təbiət Resursları Nazirliyinin məlumatına görə, miqrasiya dövründə Xəzər suitlərinin tələf olması – Dağıstan, Kalmıkiya və Qazaxıstan sahilləri də daxil olmaqla bütün Xəzər hövzəsində acınacaqlı, lakin hər il təkrarlanan təbii hadisədir. Alimlərin fikrincə, ölümün əsas səbəbi dənizin dibindən çıxan təbii qaz tullantıları zonalarından keçərkən suitlərin boğulmasıdır.
Nazirlik artıq müxtəlif dövlət qurumlarına müraciət göndərib, sahilyanı ərazilərin araşdırılması davam etdiriləcək. Son illərin elmi tədqiqatlarında infeksiya versiyaları təsdiqlənmir.
Suitilər Xəzər dənizinin yeganə məməli növüdür. Nəsli kəsilmək təhlükəsi altında olan bu canlılar Xəzəryanı beş ölkənin – Azərbaycan, Rusiyan, Qazaxıstan, Türkmənistan və İranın təbəti mühafizə siyahılarına daxil edilib.
Cavid, BakuPost
Şüur-Elm, ya ardıcıl təbii təkamül qanuna uyğunluqları gerçək təsəvvür və dəqiq müşahidələrlə dəqiq təhlilə və inqlabi (evrika, fontan, nüvə-bomba, elektronika, rəqamsal) şüarlarsız daha sərfəli-səmərəli yönəldilə-çevrilə bilir!? Neçə illərdir və neçənci dəfədir ki, Xəzər sahilində Su itilərinin belə kütləvi ölümü müşahidə olunur. Həmin dövrdə Xəzər gölü ekoloji tələbatdan fərqli çox yüksək xərclərlə hərbiləşdirilib ki, ən çox KİMin *Sahil Payı* var, elə O, da Ekoloji Harayla yaradan Haliqin də, balığın da, ətrafını basacaq zibil-tullantının da qeydinə xərclənsin??? Dəniz altı qaz sızması tədqiq-təhlil deyil, gölə və canlı flora-faunasını təlatümlərə məruz qoyan Hərbiləşdirmə faktoruna və digər ekoloji saflığa cəhdləein tətbiq edilməmsindən deyilmi?