Ru
17:51 / 13 Mart 2026

Xəzər sahilində kütləvi quş cəsədləri tapıldı - Rəsmilər boynundan atır - VİDEO

Xəzər sahilində kütləvi quş cəsədləri tapıldı  - Rəsmilər boynundan atır - VİDEO
Eye

Xəzərin sahilyanı ərazilərində növbəti dəfə çöl quşlarının kütləvi şəkildə tələf olmasına dair görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, hadisənin Şüvəlan sahilindəki qayalıqda baş verdiyi bildirilir.

Əraziyə gələn şəxslərin sözlərinə görə, sahildə xeyli sayda quş cəsədi müşahidə olunur. Hadisənin səbəbi hələlik məlum deyil.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bakupost.az-a bildirilib ki, əlaqədar qurumların müraciəti əsasında quş cəsədlərindən götürülən nümunələr müayinə üçün laboratoriyaya göndərilib:

“Aparılan sınaqların nəticələrinə əsasən, bu günədək hər hansı xüsusi heyvan xəstəliyi aşkar edilməyib.
Agentliyin səlahiyyətində olan məsələ ölümün hansısa heyvan xəstəliyindən olub-olmamasını müəyyən etməkdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, məsələ ilə bağlı cavabdeh qurum onlar deyil.

Lalə, BakuPost

" target="_blank">





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar