Ru
10:22 / 01 Dekabr 2025

Xəzər sahilində partlayış – Çoxmərtəbəli binaya ziyan dəydi – FOTO – VİDEO

Xəzər sahilində partlayış – Çoxmərtəbəli binaya ziyan dəydi – FOTO – VİDEO
Eye

Daqıstanın Xəzər sahilindəki Kaspiysk şəhərində bir neçə güclü partlayış baş verib. partlayışlar nəticəsində şəhərin yaşayış massivlərindən birində yerləşən çoxmərtəbəli binaya ziyan dəyib.

Bakupost.az xəbər verir ki, partlayışlar gecə vaxtı baş verib. Hazırda rayon hakimiyyəti və fövqəladə hallar xidməti vəziyyəti araşdırır. Ziyan dəyən binada yaşayanlar arasında xəsarət alanlar və dağıntılar olduğu bildirilir.

Dağıstan hökumətindən verilən açıqlamada hadisənin səbəblərinin dəqiqləşdirilməsi üçün ekspert və hüquq–mühafizə orqanlarının işə cəlb edildiyi vurğulanır.

Partlayışın texniki qəza, qaz sızması, yoxsa kənar müdaxilə olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.

Hadisədən əvvəl region rəhbərliyi ərazidə PUA hücumu təhlükəsi elan etmişdi. Buna baxmayaraq, hazırda rəsmi qurumlar tərəfindən partlayışların səbəbi barədə məlumat açıqlanmayıb.

Yerli sakinlərin sözlərinə görə, zərər çəkmiş binanın yaxınlığında “Dağdizel” adlı gəmiqayırma zavodu yerləşir.






Cavid, BakPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar