Ru
12:47 / 26 Sentyabr 2026

Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirildi

Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirildi
Eye

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı həlak olan hərbçilərlə vida mərasimi keçirilib.


"Bakupost" xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Matəm mərasimində müdafiə naziri Dauren Kosanov, Manqistau vilayəti administrasiyasının rəhbəri Nurdaulet Kılabay, Qazaxıstan Müsəlmanları Dini İdarəsinin sədri Naurızbay hacı Taqanulı, parlament deputatları, tanınmış ictimai xadimlər və mərhumların silahdaşları iştirak ediblər. Mərasim iştirakçıları həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

"Dövlət başçısı Kasım-Jomart Tokayevin tapşırığı ilə hərbçilərin ailələrinə dövlət tərəfindən sosial ödənişlər, maddi yardım və dəfn mərasimlərinin təşkili üçün hərtərəfli dəstək də daxil olmaqla, bütün zəruri yardım göstərilir", - deyə məlumatda bildirilir.

Yardım üçün vəsaitlərin toplanması məqsədilə Manqistau vilayəti administrasiyası xüsusi fond yaradıb.

Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizinin sahilində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 17 hərbçi açıq dənizə sürüklənib. Onlardan 14-ü həlak olub, 3 nəfəri xilas etmək mümkün olub.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar