Ru
22:03 / 24 Sentyabr 2026

Xəzərdə ölən hərbçilərin sayı ARTDI

Xəzərdə ölən hərbçilərin sayı   ARTDI
Eye

Bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb.


“Bakupost” xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbçilərdən 12-i həlak olub, 3-ü xilas edilib, qalan 4-nün axtarışları davam etdirilir.

Belə ki, hərbi-dəniz qüvvələrinin Aktaudan 43 kilometr məsafədə keçirilən təlimləri zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa hərbi qulluqçuları dənizə aparıb. Hərbçilər arasında 15 matros, bir zabit və bir müqavilə ilə xidmət edən hərbi qulluqçunun olduğu bildirilir.

Axtarışlara dərhal dörd hərbi gəmi, Mi-8 vertolyotu, FHN qüvvələri cəlb olunub.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar