Xalq şairi Sabir Rüstəmxanlı XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı seçilib.
"Bakupost" xəbər verir ki, oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçirilən sərgidə Xalq şairinin yaradıcılığına xüsusi yer ayrılıb.
Sərgi çərçivəsində oktyabrın 24-də Sabir Rüstəmxanlının “Azərbaycan adından” kitabının imza mərasimi keçiriləcək.
Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sərgidə yerli və xarici nəşriyyatlar, tanınmış yazıçılar, şairlər və ədəbiyyat nümayəndələri iştirak edirlər.