Ru
09:00 / 23 Oktyabr 2026

Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - VİDEO

Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - VİDEO
Eye

Abşeron rayonunun Xırdalan şəhərində mənzillərin qiymətində ucuzlaşma müşahidə olunur.


"Bakupost" "Xəzər" TV-yə istinadən xəbər verir ki, Bakı-Sumqayıt şosesində və Xırdalanın daxili küçələrində yaşanan tıxaclar, sakinlərin işə və təhsil müəssisələrinə gedərkən uzun müddət yolda qalması alıcıların seçimlərinə təsir edən əsas amillərdən sayılır.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ərazidə mənzil qiymətlərində 10-15 faizlik ucuzlaşma müşahidə edilir. Təkliflərdə 2 otaqlı mənzillərin qiyməti əsasən 80-120 min manat, 3 otaqlı mənzillərin qiyməti 54-124 min manat, 4 otaqlı mənzillərin qiyməti isə 129-149 min manat aralığında göstərilir.

Ekspert təsdiqləyir ki, vaxtilə paytaxta yaxınlığı və nisbətən ucuz mənzil imkanları ilə alıcıların əsas seçimlərindən biri olan Xırdalanda nəqliyyat sıxlığı və infrastruktur problemləri mənzil bazarına təsir edir.

Ekspert onu da bildirib ki, paytaxtda, eləcə də Bakıətrafı digər qəsəbələrdə isə qiymətlərin ucuzlaşması müşahidə edilmir. Əksinə, bahalaşma qeydə alınır.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar