Bu gün səhər saatlarında Xırdalan şəhərində yanğın başlayıb.
"Bakupost" xəbər verir ki, ilkin məlumata görə, şəhərin Heydər Əliyev parkının yaxınlığında obyekt yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən yanğının söndürülduyu bildirilib.
"Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb", - deyə məlumatda qeyd olunub.