Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.
ANAMA əməkdaşı kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, minaya düşən 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov Goranboy rayon sakinidir.
O, ANAMA-da tədqiqat rəhbəri vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.