Avqustun 11-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın törədən şəxs müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan
Bakupost.az -a bildirilib ki, polis araşdırması ilə yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.