Su və kimyəvi maddələr əvəzinə səs dalğalarından istifadə edən yeni yanğınsöndürmə texnologiyası hazırlanır.
“Bakupost” xəbər verir ki, ABŞ-nin “Sonic Fire Tech” şirkəti bu texnologiyanın inkişafı üçün 15 milyon dollar investisiya alıb.
Sistem sensorlar vasitəsilə yanğını aşkarladıqdan sonra insan qulağının eşidə bilmədiyi, təxminən 20 Hz tezlikli səs dalğalarını alova yönəldir. Şirkət bu üsulla yanğının saniyələr ərzində nəzarətə alınacağını bildirir.
Texnologiyanın təsdiqlənməsi üçün sınaq prosesi başlayıb. Şirkət sistemin evlərdə və kommersiya binalarında istifadə olunmasını planlaşdırır.
Sistem litium-ion batareyalarda da sınaqdan keçirilib. Lakin bu testlərdə yanğın tam söndürülməyib, yalnız nəzarət altında saxlanılıb.
Vüsalə Hüseynova,
BakuPost