Ru
15:15 / 28 Sentyabr 2026

Yanvar-avqust aylarında 32440 uşağa reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında 32440 uşağa reabilitasiya xidmətləri göstərilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-avqust aylarında 32440 uşağa xidmətlər göstərilib.

"Bakupost" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Onlardan əlilliyi olan 1541 uşaq stasionar, 19560 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar