Yaponiya hökuməti mümkün zəlzələ və digər iri təbii fəlakətlərə qarşı mühüm addım atır.
"Bakupost" xarici KİV-lərə istinadən xəbər verir ki, Parlamentin Nümayəndələr Palatası fövqəladə vəziyyətlərdə Tokionun funksiyalarını davam etdirəcək ikinci paytaxtın yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Qanun layihəsinə əsasən, Baş nazir əhalinin sayı, iqtisadi potensial və digər meyarları nəzərə alaraq bölgələrdən gələn müraciətlər arasından ehtiyat paytaxtı seçəcək.
Hakim Liberal Demokrat Partiyası və koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyası bildirir ki, seçiləcək şəhər Tokio ilə eyni təbii fəlakət riskini daşımamalıdır. Layihənin parlamentin yuxarı palatasında da qəbul edilərək qanun qüvvəsinə minməsi planlaşdırılır. Məqsəd isə böyük zəlzələ və ya digər fövqəladə hallarda dövlət idarəçiliyinin fasiləsiz fəaliyyətini təmin etməkdir.
Röya Rizvanzadə,
BakuPost