Argentinada millət vəkili Federico Pelli humanitar yardım paylanması zamanı hücuma məruz qalıb.
Bakupost.az xəbər verir ki, yerli sakinlərdən biri deputatla mübahisə edərək ona başla zərbə vurub. Ətrafdakı şəxslərin müdaxiləsi ilə qarşıdurma qısa müddətdə dayandırılıb
Hadisə nəticəsində Pelli yüngül xəsarət alıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb və faktla bağlı araşdırma aparılır
Bildirilir ki, hadisə Argentinada siyasi gərginliyin artdığı bir dövrdə baş verib və bəzi müşahidəçilər bunu siyasi motivli insident kimi qiymətləndirirlər.