Ru
12:04 / 13 Yanvar 2026

Yas mərasimləri ilə bağlı yeni xəbər - AÇIQLAMA

Yas mərasimləri ilə bağlı yeni xəbər - AÇIQLAMA
Eye

Son dövrlər Azərbaycanın bir sıra rayon və bölgələrində yas mərasimlərində təmtəraqdan imtina edilməsi cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Dəbdəbəli ehsan süfrələrinin mərhələli şəkildə ləğv olunması, yasların daha sadə və dini prinsiplərə uyğun formada keçirilməsi bir tərəfdən mənəvi dəyərlərə qayıdış, digər tərəfdən isə ailələr üçün ağır maliyyə yükü yaradan israfçılığın azaldılması kimi dəyərləndirilir. Bu tendensiya ictimai rəydə ümumilikdə müsbət qarşılanır və sosial məsuliyyət baxımından mühüm addım hesab olunur.


Eyni zamanda bu yanaşmanın bütün ölkə üzrə tətbiq olunması məsələsi müxtəlif mövqelərin formalaşmasına səbəb olub. Bir qisim bunu milli adət-ənənələrə müdaxilə kimi qiymətləndirir, digərləri isə dəyişən sosial-iqtisadi reallıqlar fonunda belə bir transformasiyanın qaçılmaz olduğunu düşünür.

Maraqlıdır, yas mərasimlərində təmtərağın aradan qaldırılması ilə bağlı bu təcrübənin ölkə miqyasında tətbiqi nə dərəcədə realdır?

Bakupost.az News24.az-a istinadən xəbər verir ki, açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bölgələrdə bu cür təşəbbüslərin həyata keçirilməsi son dərəcə vacibdir və cəmiyyət baxımından ciddi əhəmiyyət daşıyır:

"Yas mərasimlərində təmtəraq artıq yalnız maddi deyil, eyni zamanda sosial problem xarakteri alıb. Bu məsələdə cəmiyyətin daha həssas və məsuliyyətli mövqe ortaya qoyması vacibdir, çünki təmtəraqlı yas mərasimləri bir çox hallarda ailələr üçün ağır maliyyə yükünə çevrilir və bu da sosial gərginliyə səbəb olur. Mövzunun dinlə əlaqələndirilməsi düzgün yanaşma deyil. İslam dini təmtəraqlı yas mərasimlərini təşviq etmir və bu praktikanın dini baxımdan əsaslandırılması mümkün deyil. Dəbdəbəli yas mərasimləri daha çox tarixən formalaşmış və zamanla yanlış istiqamətdə inkişaf etmiş ənənənin nəticəsidir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar