Bakının Yasamal rayonunda yerləşən obyektdə yanğın baş verib.
Bu barədə
Bakupost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.