Ru
16:41 / 06 Mart 2026

“Yaşıldərənin ancaq dərəsi var” - ŞİKAYƏT/VİDEO

“Yaşıldərənin ancaq dərəsi var”  - ŞİKAYƏT/VİDEO
Eye

Sumqayıtdakı “Yaşıldərə” qəsəbəsinin acınacaqlı vəziyyəti gündəm olub.

Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan video diqqət çəkib.

Görüntüləri paylaşan izləyici qəsəbədəki problemləri nümayiş etdirib. Kadrlardan aydın olur ki, ərazidə yollar bərbad vəziyyətdədir, asfalt örtüyü yoxdur. Ətrafda məişət tullantıları və gölməçələr gözə çarpır. Həmçinin qəsəbədə demək olar ki, yaşıllıq da mövcud deyil.

“Bura “Yaşıldərə” qəsəbəsidir. Görəsən, bura qəsəbə sayılır? Çox “ideal” yol, “təmizlik”... Yaşıldərədə ancaq dərə var, yaşılın özü yoxdur”, – deyə sakin bildirib.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar