Ru
14:33 / 09 Sentyabr 2026

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Yaxın günlərdə Coşqunun  toyu olacaqmış...
Eye

Dünən “Şəki yaylası”nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, “zipline” xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanlı olduğunu bildiriblər.

Məlumata görə, mühafizə şirkətində çalışan Coşqunun bu ayın sonunda toyu olacaqmış.

Qeyd edək ki, dəhşətli hadisədə həlak olan digər gənc – Ucal Bayramovun ötən ilin 7 sentyabr tarixində ailə həyatı qurduğu, dünən “Şəki yaylası”na evliliyinin 1-ci ildönümünü qeyd etmək üçün getdiyi bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar