Ru
18:40 / 23 İyul 2026

Yaxın Şərqdə gərginliyin yeni dalğası: Benzinin qiyməti qalxdı

Yaxın Şərqdə gərginliyin yeni dalğası: Benzinin qiyməti qalxdı
Eye

Yaxın Şərqdə gərginliyin yeni dalğası və Yəməndəki husi üsyançılarının Qırmızı dənizdə neft tankerlərinə hücumları nəticəsində Niderlandda bir litr "Euro95" markalı benzinin qiyməti iyulun əvvəlindən bəri təxminən 7% artaraq 2,462 avrodan 2,624 avroya — yüksəlib.

"Bakupost" xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.

Bildirilir ki, "Brent" markalı xam neftin qiyməti iyulun əvvəlindən bəri təxminən 32% artaraq bir barel üçün 72,68 dollardan 96 dollara yüksəlib. Xüsusilə husilərin hücumları fonunda iyulun 23-ü səhər saatlarında qiymətlər əvvəlki ticarət sessiyası ilə müqayisədə 2,6% bahalaşıb. Kəskin artımlar Niderlanddakı yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin yüksəlməsinə səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar