Ru
10:02 / 09 Yanvar 2026

Yayılan virusa görə məktəblər bağlana bilər? – VİDEO

Yayılan virusa görə məktəblər bağlana bilər? – VİDEO
Eye

Son günlər ölkədə qrip və kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur.

Bakupost.az bildirir ki, xüsusilə uşaqlar arasında yoluxma hallarının artması valideynləri narahat edir.

Övladı virusa yoluxan valideynlərdən biri vəziyyəti belə şərh edib: “Üç yaşlı qızım hazırda virusa yoluxub. Bir həftədir ki, bu virusla mübarizə aparırıq. Qızdırma salan və öskürəyə qarşı dərmanlardan istifadə edirik”.

Xəstəliyin müddəti barədə danışan başqa bir sakin isə bildirir ki, uşaqlarda əsasən qızdırma halları müsahidə olunur: “Bacım qızı bu xəstəliyə yoluxmuşdu, çalışdıq ki, tez bir zamanda sağalsın. Üç-dörd gün qızdırması oldu, daha sonra dərmanlar vasitəsilə bir həftəyə sağaldı”.

Mövcud vəziyyət məktəblərin karantinə bağlanması məsələsini də gündəmə gətirib.

Təhsil eksperti Elmin Nuri hesab edir ki, bu qərar emosional deyil, statistik göstəricilərə əsaslanmalıdır:

“2020-ci ildə COVID-19 pandemiyası yayılan zaman Azərbaycan məktəbləri bağlayan və bu istiqamətdə önəmli təhlükəsizlik addımları atan dünyada 12-ci ölkə oldu. Bu, çox böyük bir göstəricidir. Yəni, biz dünya üzrə məktəbləri çevik şəkildə bağlayan 12-ci ölkə olduq. Düşünürəm ki, yenə də yoluxma halları artarsa və ötən illərlə müqayisədə sayda kəskin çoxluq yaşanarsa, bu cür lokal qərarların verilməsi daha məntiqli və məqsədəuyğun olar. Ümumiyyətlə, hazırda hər hansı bir məktəbin bütünlüklə bağlanmasını düşünmək hələ tezdir”.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, hazırda məktəblərdə tədrisin distant formaya keçirilməsi məsələsi müzakirə mövzusu deyil. Şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz olaraq davam edir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar