Ru
06:20 / 08 Sentyabr 2026

Yefim Abramov vəfat etdi

Yefim Abramov vəfat etdi
Eye

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, ssenarist Yefim Abramov vəfat edib.


"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda doğulub. 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb, İ.Talankin və Georgi Daneliyanın kursunu bitirib. 1980-1990-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor kimi fəaliyyət göstərib.

Müxtəlif janrlı bədii filmlər ("Qorxma, mən səninləyəm" (1981)- rejissor, "Əzablı yollar" (1982) ikinci rejissor, "Qocalar, qocalar" (1982) - rejissor (Elxan Qasımovla birgə), "Araqarışdıran" (1987) - rejissor, ssenari müəllifi, "Lətifə" (1989) - rejissor (Nizami Musayevlə birgə) çəkib. Bundan başqa, rejissor xarici film istehsalçılarının "Verona səması altında" (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov / Rusiya, İsrail) serialının ssenari müəllifi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar