Yəmənin Əl-Mukalla şəhərindən təxminən 140 dəniz mili cənub-şərqdə mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker atəşə tutulub.
"Bakupost" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumat yayıb.
Məlumata görə, gəminin yaxınlığına göyərtəsində yeddi nəfərin olduğu kiçik qayıq yaxınlaşıb və oradan iki dəfə atəş açılıb.
Tankerin silahlı mühafizəçiləri xəbərdarlıq atəşi ilə cavab veriblər. Bundan sonra qayıq istiqamətini dəyişib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.