Ru
17:30 / 16 İyul 2026

Yeni baş nazirin var-dövləti ögey qızının adına keçdi

Yeni baş nazirin var-dövləti ögey qızının adına keçdi
Eye

Ukraynanın yeni Baş naziri və “Naftogaz” şirkətinin rəhbəri Sergey Koretski özünə aid avtomobil və biznes aktivlərini həyat yoldaşı İrina və qızı Ulyana Klimyukun adına keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti onun 2025-ci il aktiv bəyannaməsini nəzərdən keçirdikdən sonra məlumat verib.
Bəyannaməyə görə, İrina Koretskaya 68.500 dollar dəyərində Maserati Levante avtomobilinə sahibdir. Ailə həmçinin “Saneco Group”dan iki lüks avtomobil - Land Rover (84.400 dollar) və Mercedes-Benz (47.500 dollar) icarəyə götürür. Hansı ki, bu şirkət əvvəllər Baş nazirin özünə məxsus olub. Ailə habelə, Kiyevdə 233,9 kvadratmetrlik mənzilə sahibdir.

Məmurun digər keçmiş aktivləri, o cümlədən “Fortex Energy”, “Saneco Retail” və “Saneco Trade” şirkətləri də ögey qızı ilə həyat yoldaşının adına keçirilib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar