Ru
17:36 / 24 Noyabr 2025

Yeni ili Şamaxıda keçirmək baha başa gəlir, yoxsa Dohada?

Yeni ili Şamaxıda keçirmək baha başa gəlir, yoxsa Dohada?
Eye

“Azərbaycanda bərkgedən otellər yeni il üçün qiymətlərini açıqlayıblar. 2 gecə (31 dekabr – 1 yanvar) adambaşı 750–950 manat arasıdır”.

Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, turizm şirkətlərindən biri 28 dekabr – 1 yanvar tarixləri üçün, yəni 4 gecə/5 günlük Dohaya yeni il turları təklif edir:

“Adambaşı orta hesabla 750 dollar qiymət təklif olunur. Qiymətə daxildir:

– Aviauçuş
– Mehmanxanada gecələmə
– Səhər yeməyi əsasında qidalanma
– Sığorta
– Transfer (qrup şəklində)

Otellər 5 ulduzludur. Siyahıda Cielo Hotel Lusail, Steigenberger Hotel & Residence Shaza Doha, City Centre Rotana Doha, DoubleTree by Hilton Doha Old Town kimi gözəl otellər var. Yəni 4 gecə/5 gün yeni ili Dohada keçirmək, aviabilet daxil, 750 dollara — təxminən 1275 manata başa gəlir.

Məsələn, Şamaxıda 2 gün qalıb bayram keçirsən, 950 manat ödəməli olacaqsan. İndi özünüz seçin: 2 gecə Şamaxı — 950 manat, yoxsa 4 gecə Doha — 1275 manat?! Şamaxıda 1 günün (gecənin) qiyməti 475 manat, Dohada isə 318 manat…”

Lalə,BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar