Ru
13:38 / 14 Oktyabr 2026

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - RƏSMİ

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir?  - RƏSMİ
Eye

Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb.

"Bakupost" xəbər verir ki, “Qafqazinfo” məsələnin aktuallığını nəzərə alaraq Mərkəzi Bankla (AMB) əlaqə saxlayıb.

AMB-dən saytımıza bildirilib ki, bu dəyişiklik birbaşa Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir: “Yəni bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır. Mərkəzi Bankının təsdiq etdiyi tariflər Banklararası Kart Mərkəzi infrastrukturunda emal olunan əməliyyatlara görə tətbiq olunan komissiyalardır və bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq”.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar