Ru
23:04 / 08 Sentyabr 2026

Yeni qərar: Onlar ödənişsiz psixoloji yardım alacaqlar

Yeni qərar: Onlar ödənişsiz psixoloji yardım alacaqlar
Eye

Mina problemindən zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

"Bakupost" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərar “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun icrası ilə əlaqədar olaraq imzalanıb.

Sənədə əsasən, “Minatəmizləmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar