Ru
14:54 / 16 İyun 2026

Yeni qurum: Media və Yayım Şurası nəyi dəyişəcək?

Yeni qurum: Media və Yayım Şurası nəyi dəyişəcək?
Eye

Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılacaq.

Bununla bağlı "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara dəyişiklik təklif edilir.

Bakupost.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunub.

Burada qeyd edilir ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm isə layihə müəlliflərinin fikrincə, öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.

“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Bakupost.az-a bildirib ki, bu dövlət qurumları və strukturlarının optimallaşdırılması istiqamətində atılan addımdır:

“Bundan başqa, layihədə qeyri-adi hansısa yeni bir şey yoxdur. Sadəcə olaraq, indi məsələ hamısını birləşdirməkdir. Ona əsasən də qurumda beş işçinin yerinə bu dəfə cəmi üçü olacaq”.

Həmsöhbətimiz qeyd edir ki, bu layihədə medianın inkişafına hesablanmış hansısa bir yenilik görmür:

“Sadəcə olaraq, hansısa bir qərarı vermək üçün proses əvvəlki kimi daha üç mərhələdən keçməyəcək, bir mərhələdən keçməklə kifayətləniləcək. Yəni proses bürokratik cəhətdən müəyyən dərəcədə sadələşir. Amma onun nəticəsinin necə olacağı başqa məsələ”.

Qəbul edilməsi gözlənilən layihənin necə icra ediləcəyinə gəldikdə, E.Şıxlının sözlərinə görə, hər şey onun kim tərəfindən və necə icra ediləcəyindən asılıdır:

“Bir var qanunu işdən başı çıxan, peşəkarlar icra edir, bir də var prosesə bələd olmayan bir şəxs. İşin necə icra olunacağı əsasən məhz bu amillərdən asılıdır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar