Ru
23:37 / 05 Avqust 2026

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi
Eye

Yeni mövsümü maraqla gözlənilən “Yeraltı” serialında “Melek”​ obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi qızının meneceri və serialdakı tərəf müqabili Hakan Çelebi barədə prokurorluğa şikayət edib.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat paylaşıb.


Ünal Çiftçinin iddiasına görə, yetkinlik yaşına çatmayan qızı onun razılığı olmadan layihələrdə çəkilib.

O həmçinin qızının özündən 10 yaş böyük Hakan Çələbi ilə sevgili olduğunu öyrəndiyini bildirib.


Aktrisanın atası qeyd edib ki, qızının aktyorluq fəaliyyəti ilə bağlı valideyn kimi onun razılığı alınmayıb.

Buna görə də, “OnTalent Menecment” şirkətinin sahibi Gözde Yılmaz və Hakan Çələbi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar