Ru
19:07 / 30 Oktyabr 2025

Yerin orbitdəki “İkinci Ay” kosmik peyk ola bilər

Yerin orbitdəki “İkinci Ay” kosmik peyk ola bilər
Eye

Yer kürəsinin ətrafında fırlanan və “İkinci Ay” adı verilən “2025 PN7” adlı kiçik göy cismi texniki nasazlıq səbəbindən dünya ilə əlaqəsi kəsilmiş “Zond 1”in qalıqları ola bilər.

Bakupost.az xarici KİV-ə istinadən bildirir ki, qeyri-kommersiya təşkilatı “Initiative for Interstellar Studies”dən mühəndis Adam Hibberd kosmik obyektin trayektoriyasını yenidən hesablayaraq, bu itmiş köhnə süni peykin yenidən aşkarlanmış ola biləcəyini düşünürlər.

Alimlər fərziyyənin doğrulanması üçün “2025 PN7”nin səth tərkibini müəyyən edəcək spektral ölçmələrin aparılmasını tövsiyə edirlər. Bu, cismin təbii asteroid olub-olmadığını, yoxsa insan istehsalı kosmik aparat olduğunu müəyyənləşdirməyə imkan verəcək.

Harvard Universitetindən astronom Avi Loeb nəzəriyyəsinə bənzər yanaşmalar əvvəllər də mövcud olub. 2020-ci ildə aşkar edilən “2020 SO” adlı obyektin NASA-nın 1966-cı ildəki “Surveyor 2” Ay missiyasına aid raket qalıqları olduğu iddia edilmiş və daha sonra təsdiqlənmişdi.

Cavid,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar