Ru
18:48 / 18 Sentyabr 2026

Yevlaxda yük maşınları TOQQUŞDU

Yevlaxda yük maşınları  TOQQUŞDU
Eye

Yevlaxda iki yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax şəhərindən keçən hissəsində, dairəvi yolda olub.

Belə ki, çuğundur yüklü yük maşını minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan digər yük maşını ilə toqquşub.

Qəza nəticəsində 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firidunov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar