Bir neçə ay əvvəl Türkiyəli müğənni Yıldız Tilbe azərbaycanlı müğənni Vəfa Şərifovaya qarşı hüquqi addımlar atacağı ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi. Bunun səbəbi isə V. Şərifovanın açıqlamasında Yıldız Tilbe ilə duet ifa etmək üçün 100 min ABŞ dolları ödədiyini, ancaq Tilbenin pulu aldığı halda duetdən imtina etdiyini deməsi idi.
Maraqlıdır ki, bu müddət ərzində hüquqi proses nə yerdə qalıb? Tərəflər arasında məhkəmə prosesi baş tutub?
"Bakupost" xəbər verir ki, Vəfa Şərifovanın prodüseri Mikayıl Hüseynov Bizim.Media-ya açıqlamasında heç bir məhkəmə prosesi olmadığını və bu mövzuyla bağlı ətraflı danışmaq istəmədiyini bildirib.
“Məhkəməyə müraciət olunmayıb. Bu barədə də ətraflı məlumat vermək istəmirəm. Hər şey qaydasındadır. Tərəflər arasında danışıq olub, razılığa gəlinib. Heç bir problem yoxdur, məhkəmə söhbəti ola bilməz. “Yıldız Tilbe söhbəti” ümumiyyətlə, kökündən bağlanıb” - deyə Mikayıl Hüseynov bildirib.
Müasir-hədsiz yüksək Elektrono-Kosmik yığcam İnformasiya seli hər işə qadir Super-dünyəvi Gücdür. Bizim modern, istər mədəni-tarixi, istərsə də hüquqi-siyası mətbu və Media daha çox çoxillik Kütləvi terror işğalına qarşı daha kəskin hüquqi iddialar əvəzinə *Şən (traği ya komik?) hazırcavablar* atmacalar meylini ciddi-qəti olmasa da, bütün münasibətlərdə həmişəki atmacalarına əlavə boşuna *Xox* gəlmə çıxışlarını da, tezliyini dünyəvi 50-60 hs əvəzinə az qala 101ə çatdırmaqdadır!? Uca Tanrı Allahımıza da Şükr!, *Bir qarış torpaq belə verməyəcəyik!* 33 illik qeyri rəsmi trilyonluq iddiamızdan sonra Müzəffər, Qalib Prezidentimizi 2020-2023cü illərki azadlıq cürəti ilə bir daha gənc Ordumuzun və vətəndaşşlarımızın qanları bahasına azad olduq. Qalır Etiraf və qeyd edilən tam hüquqi-haqlı təzminat? Vəfalı Yıldıza nə var ki? Ömürlük vacib də deyil, birlikdə bir-iki konsert verib, bütün iddialarını əbədi dostluğa çevirə bilərlər.