Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
“Bakupost” Oxu24.com-a istinadla xəbər verir ki, yeni təyinat alan prokuror məşhur ailənin övladıdır.
Belə ki, Pərviz İbayev uzun müddət məhkəmə-hüquq sistemində çalışmış mərhum Mansur İbayevin oğludur.
Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.
Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.
2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.2024-cü ildə vəfat edib.
Məlumata görə, Pərviz İbayev keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.