Ru
16:24 / 19 İyun 2026

Yumurta niyə 1 qəpiyə düşdü?

Yumurta niyə 1 qəpiyə düşdü?
Eye

Son günlər Azərbaycanda yumurta bazarında diqqətçəkən qiymət enişi müşahidə olunur. Xüsusilə paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif market şəbəkələrində yumurtanın əvvəlki dövrlərlə müqayisədə xeyli ucuz qiymətə satışa çıxarılması alıcıların da diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi satış məntəqələrində sarı yumurtalar 3 qəpiyə, ağ yumurtalar isə hətta 1 qəpiyə qədər endirimli qiymətlərlə təklif edilir. Qiymətlərdəki bu kəskin ucuzlaşma həm istehlakçılar, həm də bazar iştirakçıları arasında suallar yaradıb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında qiymətlərin kəskin ucuzlaşmasının əsas səbəblərindən birinin ixracın dayanması olduğunu bildirib.

“İxrac prosesi zəiflədikdə və ya tam dayandıqda, daxili bazarda məhsul bolluğu yaranır ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olur. Üstəlik, yumurta xüsusilə yay aylarında tez xarab olan məhsullardan biridir və onu uzun müddət saxlamaq mümkün deyil. Bu baxımdan, istehsalçıların əllərində qalan məhsulu qısa zamanda realizə etmək üçün qiymətləri aşağı salması kifayət qədər məntiqli görünür. Açığı, bu vəziyyətin uzunmüddətli və davamlı olacağını düşünmürəm. Çünki belə kəskin ucuzlaşma istehsalçılar üçün ciddi maliyyə itkiləri yarada bilər. Əgər onlar istehsal etdikləri məhsulu maya dəyərinə uyğun və ya sərfəli qiymətə sata bilməsələr, bizneslərini inkişaf etdirməkdə, hətta fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkəcəklər. Bu mənada, hər hansı məhsulun həddindən artıq ucuz olması heç də hər zaman müsbət hal kimi qiymətləndirilməməlidir. Belə bir tendensiyanın uzunmüddətli fəsadları da ola bilər. Əgər bazardakı bəzi şirkətlər zərər səbəbindən fəaliyyətini dayandırarsa və ya ümumiyyətlə bazardan çıxarsa, bir müddət sonra əks proseslə üzləşə bilərik. Yəni təklifin azalması fonunda bu dəfə yumurta bazarında ciddi qiymət artımı, hətta kəskin bahalaşma riski yarana bilər”.

Beləliklə, daxili bazarda yaranan müvəqqəti məhsul bolluğu istehlakçıların büdcəsinə müsbət təsir etsə də, quşçuluq sektorunda ciddi böhran siqnalları yaradır. Yay mövsümündə saxlama müddətinin qısa olması istehsalçıları zərərlə işləməyə məcbur edir və məhsulu dəyər-dəyməzinə realizə etməyə sövq edir. Tənzimlənməyən bu cür kəskin qiymət enişi yaxın gələcəkdə kiçik və orta istehsalçıların iflasına, rəqabətin zəifləməsinə və nəticədə yumurta bazarında kəskin qıtlıq və bahalaşma dalğasına səbəb ola bilər.

Şərhlər
  • Musviq Həsənzadə

    Narahat olmayin indi yaydı ucuz verirlər, birde ki kiminsə verdiyi şoudur. Men hec kime inanmıram. Ne desələr gözləmək olar. Men başa düşə bilmirəm ey bu toyuq 1 qəpikdən aşağı yem taxıl yeyir ki bu yumurta belə ucuz olub? Boş söhbətdi. Almamağı tövsiyyə edərdim. Bu yaxınlarda baxdim kitaylar içinin sarisina kimi eyni yumurtadan seçilməyən, yəni qır bişir ye süni yumurtalar icad ediblər hətda qiymətini belə dedilər ki 1000 yumurta heç 1 manata düşmür. Yumurtadan seçilmir. Bu kimlərinsə panapoliyasidir. Özünüzü qoruyun. Günə 30 qəpiklik taxıl yeyən toyuğun yumurtası 1 qəpiyə verilirsə bilin ki mütləq onun pulunu yenə bizdən çıxıb 60,70 qəpiyə bizə soxacaqlar. İtirəcəkləri bir şey yoxdur

  • Mamed

    Kəskin eee,

  • Fedya

    Men bizde neyinse enmesine inanmiram. Eger eledirse Ya yumurta da problem var. Ya qiymet enmeyib xeber ele tirajlanir. Yadaki qiyametdir.

  • Хуго Босс

    Описание не соответствует данному вопросу

  • İbrahim İbrahimov

    Bu boyda dövlətin tək gücü çatan yumurtadı halal olsun

  • Private.777

    Bu gün məcbur yumurtani 1 qəpikə verirlərsə əlbət birgun Sarı yumurtani 1 ədədini 1-manata Ağ yumurtanın 1 ədədini 0.50 qəpikə vereceyler qiyməti istehsal yeri əyər yumurtanin qiymətini stabil olaraq satışa versedə mağazalar üstünə çox faiz qoyub o yumurtani satacaqlar .Əyərki istehsal sarı yumurtani 3 qəpiyə verərsə,magazada sari yumurtani 5 qəpiyə satarsa, həm alicilar səmərəli istifade eder həm istehsal həm mağazalar.Hər şeyin qiymətini qaldırmaqla bazar olmaz təbiki.Hər kəsə uğurlar olsun.

  • Namiq Kərimov

    Salam Ölkəmizdə Uşaq Pulu Bərpa Olunsa Maaşlarimiz Artsa Daha Yaxşi Olacaq

  • İstehlakçı Mövqeli

    Ölkəmizdə sanki, elə *balanslı-aşağı* alt iqtisadi şüarlar səslənir ki, gündən-günə yüksək dünyəvi-tılıbatlı məhsullar yaradılır! Halbuki, bir, üç və bəzən beş qəpikliklər də dəyərsiz itirilən vaxt, iş kimi atılmış olur? Market-Bazar öz qiymət dəyərini obyektiv-aşkarlamaq məcburiyyətindədir!? Ən aşağı qiymət-dəyər beç qəpiklik kibritdir! Hər bir, ya on yumurtanın daşınması 3 ya 12 qəpikdən ucuz başa gəlmir? Ticarət işçilərinə qara pul və yumurta sayğacı-Rəqəmsal İntelligenti kimi minimaldan az əmək haqqı ac, ya işsiz saxlar? 38-39 manatlıq ətlərdən danışın ki, hər kəsilən heyvanı neçə nəfər, neçə hissələrə təmiz parçalamaqla tez xarab olmayacaq asan daşınan və kənar ətirsiz-dadsız alıcı-istehlakçı malına çevrilsin?

  • Samir

    Düşünürsünüz ki, yumurtanı gilasdan, alçadan, çiyələkdən çox saxlamaq olmur? Göyərtini belə 2 gündən artıq saxlamaq olmur. Nəysə mütəxəssislərdə ağlına gələni danışır. Yəqin dlə 1 qəpiklik yumurta yeməkdəndir. 8 manatlıq gilas yesələr belə danışmazlar.

  • .Nizami Aliev

    Jaj vaхtы jumurta baha olmur .

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar